“Loqos” – un Azadlıq filialında Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi tərəfindən başlanan “Diplomatiya Akademiyası” layihəsinin açılış mərasimi keçirilib.
Açılışda “Loqos” un baş psixoloqu Elmira Mirzəyeva, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Kərimova, Binəqədi Gənclər və idman idarəsinin rəisi Rauf Həsənov, Gənclər üçün Təhsil Mərkəzinin Fəxrəddin Həsənzadə və layihənin seçim mərhələsindən uğurla keçən gənclər iştirak ediblər.
əvvəlcə tədbiri aparıcı Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Amal əsgərov açaraq tədbirin proqramı haqqında məlumat verib.
Sonra çıxış edən Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Leyla Kərimova layihə haqqında təqdimat edib və geniş məlumat verib.
Çıxış edən qonaqlar Binəqədi Gənclər və idman idarəsinin rəisi Rauf Həsənov, “Loqos” un baş psixoloqu Elmira Mirzəyeva və Gənclər üçün Təhsil Mərkəzinin Fəxrəddin Həsənzadə layihə iştirakçılarına uğurlar arzulayıblar. Natiqlər bildiriblər ki, bu gün ölkəmizdə gənclər dövlət siyasəti uğurla davam edir.
Çıxışlardan sonra layihə iştirakçılarına “Diplomatiya Akademiyası” layihəsinin təşkilat komitəsinin üzvləri təqdim edilib.
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi ” ictimai Birlik